Təhsil naziri əmr imzaladı

XALQ.AZ xəbər verir ki, Təhsil naziri Ceyhun Bayramov Bakı Dövlət Universitetinin 100 illik yubileyinin keçirilməsi haqqında əmr imzalayıb.  Əmrə əsasən, BDU-nun 100 illik yubileyinin keçirilməsi ilə bağlı Təhsil Nazirliyinin Tədbirlər Planı təsdiq edilib.

Bununla bağlı universitetdə Təşkilat Komitəsi yaradılacaq.

Əmrin icrasına nəzarəti nazir öz üzərinə götürüb.

 

Orxan