Təhsil şöbəsinin müdiri yol qəzasına düşüb

avariya

Bir neçə gün əvvəl Neftçala rayon təhsil şöbəsinin müdiri Əjdər Abdullayev və rayonun bəzi tanınmış şəxsləri avtomobil qəzasına düşüblər.

Bizimxeber.az-a verilən məlumata görə, qəza onlar yas mərasimindən qayıdarkən baş verib. Məlumata görə, digər sərnişinlər ciddi xəsarət almasalar da, təhsil şöbəsinin müdiri Əjdər Abdullayev ağır zədələnib. Onun əlləri və ayaqlarının qırıldığı bildirilir.

Tuncay