Təhsildə dəyişiklik

“Təhsil haqqında” qanuna dəyişikliklər nəzərdə tutulur.
Təklif edilən dəyişikliyə görə, Azərbaycanda dövlət ümumtəhsil müəssisələrində işləyən təhsilverənlər 5 (beş) ildən bir sertifikasiyadan keçiriləcək və verilən sertifikatın hüquqi qüvvəsi növbəti sertifikasiyaya qədər (5 illik) olacaq.
Layihədə bildirilir ki, sertifikasiyadan təkrar keçməyən müəllimlərlə əmək münasibətləri Əmək Məcəlləsinə uyğun tənzimlənəcək.
Qeyd edək ki, qanunvericiliyə təklif edilən yeni əlavə və dəyişikliyə görə Azərbaycanda müəllimlər sertifikasiyadan keçiriləcək.
Layihə Milli Məclisin mayın 31-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.
apa