Təhsillə bağlı yeni qanun layihəsi hazırlanır

Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında “Ümumi təhsil haqqında” qanun layihəsinin hazırlanması üçün işçi qrupunun yaradılması barədə qərar qəbul edilib.

XALQ.AZ xəbər verir ki, Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli komitə iclasında çıxışı zamanı bildirib ki, Təhsil Nazirliyi ilə işçi qrupunun tərkibinin formalaşdırılmasına dair müzakirələr aparılır.

Komitə sədri əlavə edib ki, işçi qrupunda Təhsil Nazirliyinin, Bakı şəhər Təhsil İdarəsinin, özəl məktəblərdən birinin direktoru və deputatlar təmsil olunacaq: “Komitənin növbəti iclasında işçi qrupunun tərkibi təsdiqlənəcək”.

 

Elgün