Təqaüdlərin artırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Fəxri adlara görə aylıq təqaüdlərin artırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında xidmətlərinə və yüksək peşə ustalığına görə fəxri adlara layiq görülmüş şəxslərin sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədilə qərara alıram:

  1. Fəxri adlara görə aylıq təqaüdlərin məbləği 2 dəfə artırılaraq “Xalq” fəxri adı üçün 100 (yüz) manat, “Əməkdar” fəxri adı üçün 60 (altmış) manat müəyyən edilsin.

  2. “Fəxri adlara görə aylıq təqaüdün verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 4 iyul tarixli 878 nömrəli Sərəncamının 1-ci hissəsində “250 min manat” və “150 min manat” sözləri müvafiq olaraq “100 manat” və “60 manat” sözləri ilə əvəz edilsin.

  3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

  4. Bu Sərəncam 2013-cü il sentyabrın 1-dən qüvvəyə minir.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 26 avqust 2013-cü il.