Tərəqqi və davamlı inkişaf naminə İlham Əliyevə səs verək!

XALQ,AZ xəbər verir ki, YAP Neftçala rayon təşkilatı “İlhamla İrəli” təşviqat qurupu rayonun Aşağı Qaramanlı və Aşağı Surra kəndlərində seçicilərlə görüş keçiriblər. Görüşdə giriş sözü ilə açan YAP Neftçala Rayon Təşkilatının sədri Anar Cəfərov qeyd edib ki, Azərbaycan 2003-cü ildən tarixinin yeni mərhələsinə qədəm qoyub, Prezident İlham Əliyevin rəhbərliyilə Azərbaycan son 15 ildə sürətlə inkişaf edərək, regionun lider dövlətinə çevrilib.

“Reallıq göstərir ki, Prezident İlham Əliyev rəhbərliyi dövründə Azərbaycanın inkişafı və güclənməsi üçün bütün addımlar atılıb və çoxşaxəli islahatlar kursu respublika iqtisadiyyatında böyük uğurlara zəmin yaradıb, hər bir vətəndaşın həyatında irəliləyişlərə səbəb olub”, deyə qeyd edən rayon təşkilatının sədri yığıncaq iştirakçılarını Azərbaycanın tərəqqisi və davamlı inkişafı naminə cənab İlham Əliyevə səs verməyə çağırıb.

Milli Məclisin üzvü Arif Rəhimzadə, Fəzail Ağamalı seçki qəragahının üzvü Telman Zahidov, kənd sakinləri Rüstəm Xankişiyev,Kamal Cəfərov , kənd sakinləri Ənvər Tağıyev, Elnur Abdiyev çıxış edərək , 15 il ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən genişmiqyaslı quruculuq işlərindən, regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarından, həyata keçirilən islahatlardan danışaraq, seçiciləri prezident seçkilərində alternativsiz namizəd olan cənab İlham Əliyevə səs verməyə çağırıb. Milli Məclisin üzvi Fəzail Ağamalı, Rayon seçki qəragahının üzvü Telman Zahidov, kənd sakinləri Ənvər Tağıyev, Elnur Abdiyev çıxış edərək, son 15 il ərzində Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın nüfuzunun yüksələrək, dünyanın super dövlətləri arasında mövqeyi olduğunu bildirərək bu uğurların Cənab İlham Əliyevin 2003-cü ildən başlayaraq apardığı düşünülmüş siyasətin məntiqi nəticəsi oldduğunu bildirdilər. Seçiciləri bu işlərin davamlı olması üçün 11 apreldə partiyanı namizədi cənab İlham Əliyevə səs verməyə çağırdılar.

Elgün