Tərtərə yeni icra başçısı

Ilham

M.S.Məmmədovun Tərtər rayonu İcra hakimiyyətinin başçısı təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sərəncam imzalayıb.

Xalq.az-ın məlumatına görə, sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram:

Müstəqim Səyyad oğlu Məmmədov Tərtər rayonu İcra hakimiyyətinin başçısı təyin edilsin”.

Xatırladaq ki, Müstəqim Məmmədov Yevlax rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsində çalışıb.

11