Tərtərdə yanğın olub

75

 

Tərtər və Gəncədə yanğın hadisəsi qeydə alınıb. ANS PRESS-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Tərtər şəhərində yanğın “Tərtər” ticarət mərkəzinin ərazisində vətəndaşa məxsus ümumi sahəsi 20 kv.m olan dəmir konstruksiyalardan ibarət məişət mallar mağazasında baş verib. Nəticədə mağazada 3 kv.m sahədə tavan və rəf, bitişik tikilmiş digər vətəndaşa məxsus ümumi sahəsi 20 kv.m olan dəmir konstruksiyalardan ibarət ərzaq mağazasında 1 kv.m sahədə rəf yanıb. Mağazaların qalan hissəsi yanğından mühafizə olunub.