Təyyarə təcili eniş edib

İranın “ATA Airlines” aviaşirkətinə məxsus sərnişin təyyarəsi havaya qalxdıqdan yarım saat sonra Tehranda təcili eniş edib.

XALQ,AZ xəbər verir ki, təcili enişə səbəb təyyarənin mühərrikində baş verən nasazlıq olub.

Məlumata görə, təyyarə Təbrizdən İraqın Nəcəf şəhərinə gedirmiş.

Hadisə zamanı xəsarət alan olmayıb. Sərnişinlər təyyarəni tərk ediblər.

Qeyd edək ki, son iki ayda İranda 80-ə yaxın insanın ölümü ilə nəticələnən iki təyyarə qəzası olub.

 

Elgün