Təyyarədə maraqlı görüntü (VİDEO)

ANS TV-nin əməkdaşı Qənirə Ataşovanın Misirdə hava limanında başına iş gəlib.
XALQ.AZ-ın məlumatına görə, Şarm-əl-Şeyx hava limanında “Boing 737-800” tipli təyyarədə uçuş bir müddət gecikib. Buna səbəb isə Şarm-əl-Şeyx aeroportunda “duty free”dəki, oğurluq olub.

Bu hadisədən sonra gənc bir oğlan təyyarəyə daxil olaraq oğurluq hadisəsi ilə bağlı sərnişinlərə xəbərdarlıq edib. “Duty free”dən götürülən malın ya qiymətini ödənilməli olduğunu, ya da geri qaytarılmalı olduğunu söyləyib.

Bu qəribə hadisə təyyarədəki sərnişinlər tərəfindən birmənalı olaraq qarşılanmayıb. Bir müddət gecikmədən sonra təyyarəyə uçuşa icazə verilib.