Təyyarədən 50kq qızıl oğurlandı

02

 

Fransa Hava Yolları Şirkətinə məxsus təyyarədən 50 kiloqram külçə qızıl oğurlanmışdır

 

Xalq.az xəbər verir ki, Parisin Şarl de Qol Beynəlxalq hava limanından İsveçrənin Sürix şəhərinə mütəmadi uçuşlar edən “Air France” Hava Yolları Şirkətinə məxsus təyyarədən 50 kiloqram külçə qızıl oğurlanmışdır.
Sentyabrın 19-da Şarl de Qoll Beynəlxalq Hava Limanında təyyarəyə 300 kiloqram külçə qızıl yüklənərək Sürixə yola salınmışdır. Sürixdə malı təhvil alan məsul şəxs qızılı çəkərkən 1,6 milyon avro dəyərində, yəni 50 kiloqram qızılın əskik olduğunu bilmiş və dərhal bu barədə səlahiyyətli orqanlara məlumat vermişdir.
Məsələni araşdıran Fransa polisi ilkin ehtimalına görə, uzun müddət bu yükün mütəmadi olaraq yola salınmasını izləyən oğrular hava limanında çalışan bəzi fəhlələrlə cinayət əlaqəsinə girərək qızılı hava limanında təyyarəyə yüklənən vaxt oğurlamışlar.
Bu hadisədən bir gün əvvəl “Air France” Hava Yolları Şirkətinə məxsus təyyarədə 1,5 ton kokain tutulmuşdur.