Tacikistan prezidenti Bakıya gəlir

Tacikistan respublikasının prezidenti Emoməli Rəhmon avqust ayında Bakıya səfər edəcəyini bildirmişdi.

 

XALQ.AZ xəbər verir ki, Tacikistan prezidentinin mətbuat xidmətinin məlumatına əsasən, səfər 10-11 avqust tarixlərində baş tutacaq.
Emoməli Rəhmon Azərbaycan prezidenti İlham Əliyevin dəvəti ilə Bakıya gələcək. Səfər zamanı Azərbaycan və Tacikistan arasında ikitərəfli əməkdaşlığa dair bir sıra sənədlərin imzalanması gözlənilir.

Emoməli eyni zamanda baş nazir və Milli Məclisin spikeri ilə də görüşlər keçirəcək.

 

 

Orxan