Tağı Əhmədov paytaxt sakinlərinə xəbərdarlıq etdi

tagi ahmadov

 

Bakı Metropolitenindən Xalq.az-a verilən məlumata görə, Metro stansiyalarında kart yükləmə avtomatlarında problemin yaranması sərnişinlərin onlardan düzgün istifadə etməməsi nəticəsində yaranır.Kart yükləmə avtomatlarının işi barədə daxil olan şikayətlərin təhlili göstərir ki, əksər hallarda, yəni bu halların 60-70 faizi sərnişinlərin avtomatlardan düzgün istifadə etməməsinin nəticəsidir.

“Hadisələrin mərkəzi server xidmətində araşdırılması nəticəsində aydın olub ki, kart yükləyənlər, bir çox hallarda, əməliyyatı sona çatdırmadan dayandırır və karta gediş əlavə olunmur. Bu barədə avtomatların vizual və səsli xəbərdarlığına baxmayaraq, belə hallara yol verilir”,- deyə Metropolitenin məlumatında qeyd edilir.

Bu məqsədlə Bakı Metropoliteni bütün sərnişinlərdən avtomatlardan istifadə zamanı diqqətli olmağı və əməliyyatın sona çatmasını gözləməyi bir daha xahiş edib.