Tahir Əkbərin dəfn ediləcəyi yer açıqlandı

Xəbər verdiyimiz kimi, dünən gecə bəstəkar Tahir Əkbər vəfat edib.

XALQ.AZ-ın məlumatına görə, mərhumla vida mərasimi bu gün saat 12:30-da Təzə Pir Məscidində olacaq.

Bu barədə Zemfira Əlişqızı məlumat verib.

Bəstəkar “Qurd qapısı” qəbiristanlığında dəfn olunacaq.

Qeyd edək ki, T.Əkbər uzun sürən xəstəlikdən sonra ötən gün, saat 21:30 radələrində öz evində dünyasını dəyişib.