Taksi eşşək (FOTO)

Taksi

Azərbaycan rayonlarının birində eşşəkdən taksi kimi istifadə edirlər.

XALQ.AZ-ın məlumatına görə, başında “taksi” sözü yazılan tablonu gəzdirən bu eşşək öz sərnişinlərini beli ilə yox, ona qoşulan araba ilə daşıyır.

Sosial şəbəkədə yayılan bu fotoda eşşəyin dincəldiyi görsənir. Bu yerdə maraqlı bir sual ortaya çıxır. Azərbaycanda taksi biznesilə məşğul olan sürücülərin hamısı lisenziya alır. Görəsən, bu eşşəyin sahibi nəqliyyat nazirliyindən lisenziya alıbmı? Yəqin bu sualın cavabını eşşəyin sahibi bu yazını oxuyandan sonra verəcək. Əks halda onu nəqliyyat müfəttişləri tərəfindən böyük cərimə gözləyir.

Taksi