“Xəzər” telekanalının reytinqli seriallarından hesab olunan “Cehizsiz gəlinlər”də ayrılıq yaşanıb.
XALQ.AZ xəbər verir ki, serialda “Hicran” obrazını canlandıran Cəmilə Tağızadə serialdan ayrılıb. Serialın 81-ci bölümündə Hicranın doğuş zamanı dünyasını dəyişməsi izləyiciləri üzüb. Hicran dünyasını dəyişsə də, onun bir qızı olub.