Tanınmış iş adamının oğluna sui-qəsd cəhdi

01

 

 

Tamaşaçıların hər yeni bölümünün yayımını böyük səbirsizliklə gözlədiyi “Toy gecəsi” bədii televiziya serialının 5-ci seriyasında da çox maraqlı hadisələr baş verir.

Xalq.az  xəbər verir ki, Aslan qardaşına məxsus şirkətin möhürünü əldə etməsinə baxmayaraq daha bir hiyləgər planını həyata keçirmək üçün onu Aygünə vermək istəyir. Aygün möhürü almaq istəmir, Aslan isə Zərifənin etibarını qazanmaq üçün möhürü ona təqdim edir. Bildik də ki, Zərifəylə Aygün Cəlillə görüşə edir, Aslan yenidən onların görüşünə mane olur. Toy gecəsi Toğrulu öldürən Cavid daha bir insanı qətlə yetirmək üçün hazırlaşır. Bu dəfə onun hədəfində ölkənin tanınmış iş adamı Fuad Qəhrəmanovun oğlu günahsız yerə həbs olunan Murad Qəhrəmanovdur. Uzun çabalardan sonra Cavid nəhayət ki, Murad Qəhrəmanovu qətlə yetirmək üçün fürsət tapır. Və…

Bütün bu və digər hadisələrin necə cərəyan etdiyini bilmək istəyirsinizsə, “Toy gecəsi” bədii televiziya serialının 5-ci bölümünü bu axşam saat 19.00-da ATV kanalında izləməyi unutmayın.