Taninmış jurnalist vəfat etdi

Tanınmış jurnalist Nicat Məlikov dünyasını dəyişib.

XALQ.AZ-ın xəbərinə görə, bu barədə mərhum jurnalistin dostları sosial şəbəkədə məlumat yayıb.

Üç uşaq atası olan 39 yaşlı N. Məlikovun mağazaya gedərkən qəfil yerə yıxıldığı, ürəktutmasından vəfat etdiyi bildirilir.

Qeyd edək ki, Nicat Məlikov “Zerkalo” qəzetinin siyasət şöbəsinin müdiri vəzifəsində çalışıb. Onun sonuncu iş yeri “Vesti.Az” saytı olub.

Allah rəhmət eləsin!