Tanınmış müğənni ağır qəzaya düşdü

Meyxanaçı Pərviz Bülbülə ilə oxuduğu duetlərlə məşhurlaşan Türkan Vəlizadə qəza keçirib.

XALQ.AZ xəbər verir ki, ötən gün baş verən qəzada ifaçının ayağı və çiyni sınıb.

Bundan əlavə, türkanla birgə avtomobildə müğənni Zeynəb Həsəni də olub. O isə çanağından zədə alıb.

Hər iki ifaçı hazırda xəstəxanadadır.

 

Orxan