Tarixi qarşılaşma

b4

 

Azərbaycan millisi bu gün DÇ-2018-in seçmə mərhələsi çərçivəsində növbəti matçına çıxacaq. XALQ.AZ-ın məlumatına görə, komandamızın rəqibi yer aldığımız C qrupunun lideri Almaniya yığması olacaq.

 

lk 4 görüşdə rəqiblərinə heç bir şans verməyən Bundestim Bakıya da 3 xal dalınca gəlib. Cari seçmə mərhələdə qapısında qol görməyən Yoahim Lövün komandası görüşə tam ideal heyətlə hazırlaşa bilməsə də, rəqib cütün aşkar favoritidi. Aktivindəki 7 xalla 2-3-cü yerləri bölüşən yığmamız isə doğma azarkeşləri önündə möcüzə axtarışında olacaq. Robert Prosineçkinin yetirmələrinin bu matçda qazanacağı 1 xal belə, böyük uğur sayılacaq.