Tatarıstan prezidentinin oğlu təyyarə qəzasında öldü

 

11

Tatarıstanın Kazan şəhərində baş verən təyyarə qəzası zamanı Tatarıstan Respublikasının prezidentinin böyük oğlu İrek Minnixanov və respublikanın Federal Təhlükəsizlik Xidmətinin rəisi də həlak olub.

Xalq.az ANS PRESS-ə istinadən xəbər verir ki,  Moskva-Kazan reysində bu gün saat 19:24 də Kazanda “Tatarıstan” beynəlxalq hava limanına məxsus təyyarə yerə çırpılıb və yanıb.

Təyyarənin göyərtəsində 44 sərnişin və 6 ekipaj üzvü olub ki, onların da hamısı həlak olub.

Qeyd edək ki, bir neçə ay əvvəl İrek Minnixanovun toyu olmuşdu.