“Terrorçu narkotiklə zombiləşdirilib” Elşən Musayev

RUS SƏFİRİ NİYƏ ÖLDÜRÜLDÜ? - Azərbaycanlı millət vəkilindən sensasion iddialar
RUS SƏFİRİ NİYƏ ÖLDÜRÜLDÜ? – Azərbaycanlı millət vəkilindən sensasion iddialar
Qərb tarana gedir –  növbəti qurban Karlovdur; Putinin ən yaxın silahdaşlarından biri, Rusiya diplomatiyasının əfsanəsi…
Son yazımda 3 dəfə xüsusi eyhamla vurğuladığım “TET A TET” budur. Qərb tarana gedir. Açıq açığına. Vəssalam. Maska-filan da taxmayıb. “MƏNƏM” – deyir.
Rus təyyarələrinin vurulması ilə başlayan estafetin ikinci etapına start verilib. Növbəti qurban Karlovdur. Putinin ən yaxın silahdaşlarından biri, Rusiya diplomatiyasının əfsanəsi…O Karlov ki, SSRİ dönəminin ən sarsıntılı illərində Şimali Koreyaya, Rusiyanın dünya tərəfindən təkləndiyi anda (üstəlik, Türkiyə ilə münasibətlərin zirvə kritikasında) isə Ankaraya səfir təyinatı alıb.
Seçimin Karlov olması təsadüf deyil. Üç ay bundan öncə “Vaşinqton Post” bu adam haqqında əbəs yerə silsilə yazılar dərc edərək…onu “təyyarə qalmaqalı”nın yalnış təfərrüatçısı adlandırmamışdı. Bəli, məhz Karlov(!!!) hər iki dövlətin kəşfiyyat kanallarına bütün ipuclarını vermiş, maddi sübutlar təqdim edərək Putin və Ərdoğana “mövzu”nun əsl məğzini anlatmış, nəhayətində isə Türkiyə ilə Rusiyanın barışığına nail olmuşdu. Təkbaşına! Üstəlik, altını çizərək qeyd olunması gərəkən bir məqam var: Ərdoğanın “təyyarə qalmaqalı”ndan sonra Putinə üzrxahlıq zəngi rus səfirin Çankaya köşkündəki 2 saatlıq məruzəsindən (dərhal!) sonra baş tutub. Daha əvvəlki görüşün ardınca isə…Davudoğlu vəzifəsindən azad edilib (?!). Və…son ciddi səbəb: Putin Qərb dairələrinin Türkiyədəki son çevriliş (həm də Ərdoğana qarşı düzənlənən sui-qəsd) planı haqqında məxfi məlumatları niyəsə daha təhlükəsiz kəşfiyyat kanalları ilə deyil, məhz Karlov vasitəsilə ötürmüşdü…
***
İstintaq hələ ki, eyforik – xəyali açıqlamalar verir. Sitat: “Əslində ixtisasca polis olan qatil özünü Rusiyanın mühafizə xidmətinin əməkdaşı kimi təqdim edib. O türk və ərəb dillərində yaxşı danışıb”.
Absurddur! Niyə? Əvvəla, səfiri qorumağa məsul mühafizəçilər say etibarilə 10-12 nəfərdən ibarət olur və təbii, hamısı da bir-birini yaxşı tanıyır. Üstəlik, rus dilini bilməyən adamın rus səddini aşması mümkün deyil. Və nəhayət: kamikadze təyinatlı + narkotiklə zombiləşdirilmiş (videodan açıq görünür) qatilin özünü açığa verməməsi həmin an etibarilə ağılabatan görünmür. Üstəlik, üzərində silah varkən.
Deməli: Qatil binaya öncədən yerləşdirilib.
Digər bir məqam: Səfir vurulur və yerə sərilmiş halda uzun müddət qalır. İcraçı isə düz 40(?!) dəqiqədən sonra zərərsizləşdirilir.
Sual: Cavab atəşi dərhal niyə açılmayıb? Tutaq, gözdən yayınaraq sui-qəsdi həyata keçirə bildi, bəs sonra?…Adam hələ güllə-borandan sonra nitq söyləyir, bol-bol çıxış edir. Həmin vaxt silahlı mühafizə nə ilə məşğul idi? Səfirin ölməyinimi gözləyirdi?. Ümumiyyətlə belə məqamlarda rəsmi dövlət görəvlisi (təlimata uyğun olaraq) yalnız o vaxt atəş aça bilməz ki, qarşı tərəfin əlində girov sağ olsun və onun terroristə açacağı atəş girovun həyatı üçün təhlükə yaratsın. Səfir isə artıq vurulub, can verir. Görəsən daha hansı səbəb lazım idi ki, cavab atəşi açılsın? Ayrıca, “40 dəqiqə sonra zərərsizləşdirilib” də nə demək? Yaxşı bəs 40 dəqiqə neyləyib adam? Dirimi tutmaq istəyiblər? Əslində qatıl yaşamalı idi. Qatil hədəfə çatıbsa, o bütün hallarda öldürülməməli, ayağından ya da həyatı kritika yaratmayan digər orqanından vurulmalı, istintaqa cəlb edilməli idi. Qatilin ölümü o zaman labüddür ki, o öz hədəfinə çatmır və ətrafın xilası üçün zərərsizləşdirilir…
***
Xüsusi qeyd: Sabah Rusiya, Türkiyə və İran XİN rəhbərlərinin görüşü olmalı idi. Bu qətl artıq ehtimal üçün əsas verir ki, Suriya ilə bağlı böyük barışıq haqda saziş gözlənilirmiş. Ərdoğan səhər saatlarında Putinlə bu mövzuda geniş müzakirə aparıb, fəqət mediaya detallar haqda məlumat verilməyib.
***
Aydın məsələdir ki, bu sui-qəsd Rusiya ilə Türkiyə arasındakı diplomatik münasibətləri korlamağa hesablanmayıb. Ünvan aydındır. Putinə isə maksimum 15 dəqiqə sonra bütün təfsilatlar məruzə olunub və artıq Prezident “düyməni basan” haqda tam məlumatlıdır. Mesajın sətiraltısı da kor kor-gör gördür: “Sən Rusiyada təhlükəsizliyi təmin edə bilərsən, amma sərhəd bitincə bunu bacarmaqda acızsən!”
***
Analitiklər, politoloqlar Putinin tarana gedəcəyini düşünmürlər. Çünki getsə, bu artıq 3-cü dünya müharibəsinin başlanğıcının rəsmi siqnalı olacaq.
Mənimsə fikrim ondan ibarətdir ki, Putin bir sutka tamam olmamış “layiqli” CAVABI verəcək.
Belə “zarafat”ları heç sevmir – ona görə….
Gözləyək…
Millət vəkili Elşən Musayev

Scroll to top