Terrorçuluq Ermənistanın dövlət siyasətidir.

 

ATƏT Parlament Assambleyasının bu gün keçirilən Siyasi məsələlər və Təhlükəsizlik komitəsinin iclasında “ATƏT regionunda transmilli terrorçuluq” mövzusunda xüsusi debatda Milli Məclisin deputatı Tahir Mirkişili də çıxış edib.

 

XALQ.AZ-ın məlumatına görə, deputat çıxışı zamanı Azərbaycanın Ermənistan tərəfindən daim terrora məruz qalmasını, ərazilərin işğal edilməsini və 1 milyondan çox insanın məcburi köçkünə çevrilməsini iştirakçıların diqqətinə çatdırıb.

 

“Terrorçuluq Ermənistanın dövlət siyasətidir. 1992-ci ilin 26 fevralında Azərbaycan şəhəri olan Xocalının məhv edilməsi, 600-dən çox dinc sakin, qadın və uşaqların qətlə yetirilməsi indi Ermənistan rəhbərliyi, xüsusən də bunu özü etiraf edən Ermənistan prezidenti Sərkisyan tərəfində törədilib. Xocalı soyqırımı Ermənistan prezidentinin vicdanında böyük bir qara ləkədir!”.

 

Deputat həmçinin, hər kəsi Ermənistana təzyiq etməyə və Ermənistana müvafiq sanksiyaların tətbiqinə çağırıb. Ermənistanın beynəlxalq terrorçuları öz silahlı qüvvələrinə cəlb etdiyini və terrorçulara Ermənistanda qəhrəman kimi heykəl qoyulduğunu diqqətə çatdırıb. ATƏT regionunda təhlükəsizliyin bərpa olunması üçün belə işğalçı ölkələrin “müalicə” olunmasının vacibliyini vurğulayıb.