Toronto hava limanında iki təyyarə toqquşub

Teyyare-1

Kanadanın Toronto şəhəri yaxınlığındakı Pirson Beynəlxalq Hava Limanında iki sərnişin təyyarəsi toqquşub. Xalq.az-ın RİA Novostiyə istinadən məlumatına görə, hadisə nəticəsində xəsarət alan olmayıb. Təyyarələr “Pakistan International Airlines” və  “Air France” şirkətinə məxsus olub. Belə ki, Pakistana aid təyyarə manevr edən zaman Fransa təyyarəsinin qanadına toxunub. Hadisə baş verəndən sonra sərnişinlər bir neçə saat terminalda gözləməli olub.