Dollar 5 lirəni keçdi – TARİXİ REKORD

Türk lirəsi dollar qarşısında ucuzlaşmaqda davam edir.

XALQ.AZ xəbər verir ki, dollar/tl məzənnəsi həftənin ilk iş günü, səhər saatlarında 5.12 lirə səviyyəsinə yüksəlib.

Beləliklə, dollar lirəyə nisbətdə son bir həftə ərzində 5,36 faiz bahalaşaraq, ilin əvvəlindən bu yana 25 faiz güclənib.

Qeyd edək ki, iyul ayında Türkiyədə illik inflyasiya 15,85 faiz təşkil edib. Aylıq bu rəqəm 0,55 faiz olub.

 

 

 

Orxan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.