Tovuzda uşaqlar belə sevindi-Fotolar

Tovuzda Qovlar Gənclər Evində valideyn himayəsindən məhrum olmuş internat uşaqları üçün bayram tədbiri keçirilib. Tədbirdə Tovuz rayon icra hakimiyyətinin başçısı Tofiq Zeynalov, millət vəkili Qənirə Paşayeva, Mətanət “A” şirkətinin rəsmiləri çıxış edərək uşaqları təbrik ediblər.

Ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyevanın uşaq evlərinə böyük diqqət və qayğısını xüsusi vurğulayan millət vəkili Qənirə Paşayeva bildirib ki, bir insanın inkişafı və gələcəyində onun təhsili, bir peşə sahibi olması çox böyük önəm daşıyır və uşaqlarımız oxumağa, öyrənməyə, bir peşə sahibi olmağa daha çox meyilli olmalıdırlar.

Q.Paşayeva hər bir insanın mütləq bir peşə sahibi olmasının önəmini vurğulayaraq bildirib ki, hansı peşənin sahibi olmasından asılı olmayaraq hər bir gəncimiz eyni zamanda orta məktəb illərindən tariximizi, ədəbiyyatımızı da yaxşı öyrənməlidirlər. Millət vəkili Q.Paşayeva internat məktəbinin müəllimləri, əməkdaşlarını bu uşaqların daha yaxşı yetişə bilmələri üçün onlara daha çox diqqət ayırmağa çağırıb.

Q.Paşayeva cənab Prezident İlham Əliyevin diqqəti və Birinci vitse-prezident Mehriban Əliyevanın qayğısı sayəsində Qovlar inteqrasiya təlimli internat tipli gimnaziyada yüksək səviyyədə təmir-bərpa işlərinin getdiyini və yaxın zamanlarda ən yüksək standartlara cavab verəcək şəkildə istifadəyə veriləcəyini bildirdi. Millət vəkili hər bir uşaqla ayrıca söhbət də edib, kitablara, oxumağa, mütailəyə meyilli gəncləri görməkdən,onlarla söhbətdən hər zaman böyük zövq aldığını deyib.

Millət vəkili onları təhsillərinə böyük önəm verməyə, zamanlarını mənasız işlərə ayırmamağa çağırıb. Tədbirin sonunda Tovuz rayon icra başçısı T.Zeynalov, millət vəkili Q.Paşayeva və “Mətanət A” şirkətinin rəsmiləri valideyn himayəsindən məhrum olmuş bütün uşaqlara maraqlı və intellekti inkişaf etdirən hədiyyələri təqdim ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir