Tovuzluların seçimi cənab İlham Əliyevdir

XALQ,AZ xəbər verir ki, Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Tovuz rayon şöbəsinin təbliğat qrupunun üvləri rayonun Əyyublu, Aşağı Öysüzlü, Vahidli, Düz Cırdaxan və Cəlilli kəndlərində seçicilərlə görüş keçiriblər. Görüşdə aprelin 11-də keçiriləcək prezident seçkilərinin Azərbaycanın inkilafında mühüm rolu və hər bir seçicinin bu prosesdə fəal iştirakının əhəmiyyət barədə məlumat verilib.

Təbliğat qrupunun üzvləri Mücaməddin Axundov, Mail Hümbətov, Aybəniz Dəmirova, Fazil Məhərrəmov və digərləri eyni zamanda qarşıdakı dövrdə ölkənin daha böyük uğurlara imza atması, xalqın rifahının daha da yaxşılaşdırlması, ölkəmizin beymnəlxalq mövqelərinin daha da gücləndirilməsi istiqamətində hədəfləri seçicilərin diqqətinə çatırıblar. Təbliğatçılar bütövlükdə xalqımızın 2018-2025 – ci illərdə öz talelərini cənab İlham Əliyevə etibar etməsi üçün çox ciddi və mükəmməl əsasları olduğunu qeyd edərək seçiciləri 11 aprel 2018-ci il tarixdə cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Görüşdə çıxış edən seçicilər bu çağırışlara məmnunluqla, böyük rüh yüksəkliyi ilə cavab verərək aprelin 11-də YAP-ın namizədi, Azərbaycan xalqının alternativsiz lideri cənab İlham Əliyevə səs verəcəklərini bəyan ediblər.

 

Elgün