TQDK imtahan vaxtlarını açıqladı

54

 

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2014-cü ildə keçiriləcək imtahanlarının və tədbirlərin ilkin plan-qrafikini açıqlayıb. TQDK-dan ANS PRESS-ə verilən məlumata görə, ali təhsil müəssisələrinin magistratura səviyyəsinə və rezidenturaya ərizə qəbulu – 11-20 fevral tarixində olacaq.

Magistraturaya qəbul imtahanı 1-ci mərhələ – 2 mart
2-ci mərhələ – 25 may
Magistraturaya proqram seçimi – 1-5 may
Magistraturaya ixtisaslaşma seçimi – 29 may – 1 iyun

Rezidenturaya qəbul imtahanı 1-ci mərhələ – 30 mart
2-ci mərhələ – 27 iyul
Rezidenturaya ixtisaslaşma seçimi – 29-31 iyul

Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsi üçün sınaq imtahanları – 6, 13(təkrar), 20, 27 aprel, 25 may (təkrar), 1 iyun

Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu – 1 aprel – 30 aprel

Ali təhsil müəssisələrinin və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin qabiliyyət tələb edən ixtisasları üzrə seçmə tur – 15 aprel – 30 aprel

Rus bölməsinin abituriyentləri üçün Azərbaycan dili imtahanının birincisində iştirak etmək istəyənlər üçün ərizə təsdiqinin son günü – 25 aprel

Rus bölməsinin abituriyentləri üçün Azərbaycan dili imtahanı:
1-ci – 4 may
2-ci – 3 iyul

Əvvəlki illərin məzunları üçün ali təhsil müəssisələrinə qəbul imtahanı
– II və III qruplar üzrə – 11 may
– I və IV qruplar üzrə – 18 may

Buraxılış imtahanları: Peşə liseyləri – Mart ayı

Buraxılış imtahanları: ümumtəhsil müəssisələri – iyun ayı
1-ci istiqamət
2-ci istiqamət
3-cü istiqamət
4-cü istiqamət
Eksternat

Cari ilin məzunları üçün ali təhsil müəssisələrinə qəbul imtahanı -İyul ayı
– I və IV qruplar üzrə
– II və III qruplar üzrə

Qabiliyyət imtahanı (I və IV qruplar) Qabiliyyət imtahanı (III qrup) – İyul ayı

Orta ixtisas təhsili müəssisələrinə (ümumi orta təhsil bazasında) ərizə qəbulu – 12 may-12 iyun

Orta ixtisas təhsili müəssisələrinin (ümumi orta təhsil bazasında) qabiliyyət tələb edən ixtisaslarına qeydiyyat – 19-29 may

Orta ixtisas təhsili müəssisələrinə (ümumi orta təhsil bazasında) qəbul imtahanı- əvvəlki il məzunları – 29 iyun

Orta ixtisas təhsili müəssisələrinə (ümumi orta təhsil bazasında) qabiliyyət tələb edən ixtisaslarına seçmə tur – 2-5 iyul

Orta ixtisas təhsili müəssisələrinə (ümumi orta təhsil bazasında) ixtisas seçimi – 2-10 iyul

Monitorinq imtahanları
mart ayı – 5-ci və 6-cı siniflər
aprel- may ayları – 11-ci sinif