Trampa yeni köməkçi təyin edildi

ABŞ Hərbi Dəniz Qüvvələrinin kontr-admiralı Duqlas Fiers prezident Donald Trampın daxili təhlükəsizlik və əks-terrorizm məsələləri üzrə köməkçisi təyin edilib.

XALQ.AZ xəbər verir ki, bu barədə Ağ Evin yaydığı rəsmi bəyanatda bildirilib.

Qeyd edilib ki, Duqlas Fiers 30 ildən çoxdur terrorizmə qarşı mübarizə, kibertəhlükəsizlik və təbii fəlakətlərin fəsadlarının qarşısının alınması sahələrində iş təcrübəsinə malikdir. O, aprel ayında istefa vermiş Tom Bosserti əvəz edəcək.

 

Orxan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir