Trampın mühafizəçisi polisi avtomobillə vurdu-Video

İsveçrədə – Davos şəhərində  ABŞ prezidenti Donald Trampın korteci yerli polisi vurub.

XALQ.AZ  BAKUTİME.AZistinadən məlumat verir ki, hadisə yanvarın 25-də olub Bu barədə “Blick” qəzetinə istinadən xəbər verir.

İnsident  yanvarın 25-də, axşam saatlarında, asayiş keşikçisi üzərində İsveçrəyə məxsus nömrə nişanı olan “BMW X5”i  saxlamağa çalışan zaman baş verib. Qəzetin yazdığına görə, həmin avtomobil Donald Trampın kortecində yer alıb.

Polis zabiti maşını saxlamağa çalışan zaman sürücü sürəti artırıb və avtomobilin sağ qanadı ilə onu vurub. Hadisənin görüntüsü ərazidə olan müşahidə kameralarından biri ilə qeydə alınıb.

İnsident nəticəsində polis hər hansı ciddi xəsarət almayıb. Belə ki, asayiş keşikçisi sayıq hərəkət edərək, vaxtında kənara çəkilib.

Hələlik insidenti nə rəsmi İsveçrə, nə də Vaşinqton şərh edib.