Tünzalə İstanbulda konsert verdi

 

6

 

Əməkdar artist Tünzalə Ağayeva İstanbulda konsert verib.

Axşam.az xəbər verir ki,konsert proqramı Mərmərə Vəqfinin ardıcıl 3 ildir təşkil etdiyi Avrasiya İqtisadiyyat Zirvəsi çərçivəsində baş tutub.

Müğənnini Ankara Kent Orkestri müşayiət edib. Tünzalə Ağayeva gecədə sevilən mahnılarını ifa edib. Konsertin sonunda vəqfin rəhbəri Akkan Suver sənətçiyə səhnədə təşəkkür edərək hədiyyə verib. Suver müğənnini TRT Müzik telekanalında yeni açılan proqramı münasibəti ilə də təbrik edib.

Qeyd edək ki, T. Ağayeva “TRT Müzik”də “Bir səsin cazibəsi” adlı veriliş aparır.