Tünzalə konsertə hazırlaşır

 

8

Əməkdar artist Tünzalə Ağayevanın “TRT Müzik”də yayımlanan “Bir səsin cazibəsi” verilişi bu mövsüm başa çatır.

Xalq.az xəbər verir ki, bu barədə “Star life”a müğənninin özü məlumat verib.
Onun sözlərinə görə, yayda təkrar buraxılışlar yayımlanacaq:

“Bu yay konsertlərim, səfərlərim olacaq. Payızda solo konsert verməyi düşünürəm. Ona görə də yeni mövsümdə verilişə davam edib-etməyəcəyimi hələ bilmirəm”.