Turistlər Lənkəranda

Son illər ölkəmizdə turizmin inkişafı ilə bağlı həyata keçirilən ardıcıl tədbirlər öz bəhrəsini verməkdədir. XALQ.AZ xəbər verir ki, xarici turistlərin üstünlük verdiyi məkanlardan biri də Lənkəran rayonudur. Bura ayaq basan turistlərin əksəriyyəti “Yaşıl çay” fermer təsərrüfatına baş çəkir, burada çayın becərilməsi ilə yaxından tanış olurlar.

İyulun 28-də Lənkəranda qonaq olan Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərindən 5 nəfərdən ibarət ailə “Yaşıl çay” FT MMC-də çay plantasiyasına, tut bağına baş çəkiblər. Lənkəran Turizm İnmormasiya Mərkəzinin direktoru İlqar Əzimovun müşayiət etdiyi qonaqlara aqrar sahəyə dövlət dəstəyi, təsərrüfatın ümumi fəaliyyəti, burada becərilən çay bitkisi, çayın emal edilməsi, tut plantasiyası, baramaçılıq və digər sahələr barədə ətraflı məlumat verilib.

Sonda qonaqlar çay plantasiyası önündə xatirə şəkili çəkdiriblər.

 

 

Orxan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.