Türk Dünyasının Novruz tonqalı Kastamonuda qalandı

Türk dünyasının Novruz tonqalı bu il Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən 2018-ci ildə Türk Dünyasının Mədəniyyət Paytaxtı elan edilən Kastamonuda qalandı. Bununla da il boyu davam edəcək tanıtım tədbirlərinə start verildi.

Türkiyə Cümhuriyyətinin Mədəniyyət və Turizm Naziri Numan Kurtulmuşun da iştirak etdiyi mərasim maraqlı anlarla yadda qaldı.

  • “Novruz bayramını Şeyx Şaban-i Vəlinin mənəvi kölgəsi altında qeyd edirik”

    Şəhərin ən tarixi yerlərindən biri olan Cümhuriyyət Meydanında həyata keçirilən Novruz Bayramı şənliyində danışan Mədəniyyət və Turizm naziri, professor Numan Kurtulmuş sözə belə başladı:

“Bu il irfan ənənəmizin əhəmiyyətli mərkəzlərindən biri olan Kastamonuda Şeyx Şaban-i Vəlinin mənəvi kölgəsi altında Novruz bayramını qeyd edirik. Kastamonu hər iki gözəlliyə birdən ev sahibliyi edir, buna görə kastamonuluları təbrik edirəm”.

Nazir daha sonra Novruz bayramı barədə ətraflı məlumat verdi. Bildirdi ki, Novruz min illərdir çox geniş bir coğrafiyada qeyd olunur. Bu bahar bayramı olaraq yenidən həyatın, torpağın canlanması deməkdir. “Novruz Orta Asiyadan Balkanlara qədər, Mesopotomiyadan Qafqazlara qədər ərazidə, çox geniş bir bölgədə canlı bir şəkildə qeyd olunmağa davam edir” deyə, nazir əlavə etdi.

Kastamonuda həyata keçirilən Novruz Bayramına 18 fərqli ölkədən nümayəndələrin iştirak etdiyini söyləyən nazir “Novruzun bizə xatırlatdığı üç təməl ünsür var. Birincisi, Novruz yenidən doğuşu, yenidən dirilişi hamımıza göstərən əhəmiyyətli bir bayramdır. Bu, börtü böcəkdən ağaclara qədər, qış ayları ərzində yox olduqlarını, öldüklərini, çəkildiklərini zənn etdiyimiz bir çox varlıqların yenidən dirilişidir, yenidən ortaya çıxışıdır. Bu, eyni zamanda bizə o biri tərəfdə yenidən diriliş olduğunu hər il vurğulayaraq xatırladan əhəmiyyətli bir bayramdır. Nə qədər də geriyə çəkilmiş, yatmış, yox olmuş və ya üstü örtülmüş olsa da bahar gəldiyində hər tumurcuq yenidən açar, hər torpaq yenidən canlanar, yaşıllaşar, hər ağac yenidən bar verməyə başlayar. Bahar, Novruz bizim üçün bir dirilmə, bir oyanış yenidən özümüzə gəlişdir” dedi.

  • “Novruz bizə insanların da fərqlilikləri, müxtəliflikləriylə əslində birgə, bərabər və insan oğlu olduğunu ortaya qoyur”

Novruzun bir olmağı və birlikdə olmağı öyrətdiyinə diqqət çəkən nazir Kurtulmuş, “İkincisi, Novruz bizə yenidən fərqliliyi, rəngliliyi, müxtəlifliyi, amma bütün bu fərqli rənglərlə, bütün bu fərqli naxışlarla bir olmağı, birlikdə olmağı öyrədir. Bahar gəldiyi zaman qışda hamısını eyni rəngdə gördüyümüz təbiətdə, ağacların tumurcuqlarının, çiçəklərinin rəngarəng olduğunu, amma heç bir rəngin bir digəri ilə ziddiyyət və qarşıdurma içərisində olmadığını görürük. Bu mənada Novruz bizim, insanların da fərqlilikləriylə, müxtəliflikləriylə əslində birgə, bərabər və insan oğlu olduğunu ortaya qoyur” – deyə, əlavə etdi.

  • “Kainat və insanlar, yaradılan hər şey hərəkətdədir”

Kainatın və insanların, yaradılan hər şeyin bir bağlantı içərisində olduğunu söyləyən nazir davam etdi:

“Novruzun bizə öyrətdiyi üçüncü şey isə həyatın bir bağlılıq və inkişaf üzərində olması reallığıdır. Kainat və insanlar, yaradılan hər şey bir bağlılıq içərisindədir. Eyni hal üzrə duran heç bir varlıq yoxdur. Yaradılanların şəkilləri dəyişdiyi kimi, Allahın ruh verərək, ağıl verərək, vicdan verərək əşrəfi məxluqat olaraq ortaya qoyduğu kainata gətirdiyi insan da davamlı dəyişmə halındadır”.

Novruzun dirilişin, canlanışın, yeniden ortaya çıxmanın bizə gösterilən dərs olaraq öyədildiyi baharın başlanğıcı olduğunu vurğulayan nazir bunları söylədi:

“Novruz müxtəlifliyi və rəngləriylə, amma bir ahəng içərisində var olmanı bizə öyrədən bir bahar bayramıdır. Eyni şəkildə, Novruz dünyaya gələn hər şeyin, yəni canlı olan hər şeyin dəyişdiyini, inkişaf etdiyini öyrədən, bir hərəkət göstərən önəmli bir dərsdir. Novruzdan bu dərsləri alaraq ahəngimizi, birliyimizi, dirliyimizi daha da artıracağıq. Bu dərslərdən sonra kainatla, təbiətlə olan əlaqələrimizi daha da qüvvətli bir şəkildə quracağıq. Yaradılmış nə varsa, hər şeyi bir mirasımız olaraq qəbul edəcəyik. Daha gözəl bir şəkildə inşallah dostluğu, qardaşlığı paylaşmağı da Novruzla birlikdə öyrənəcəyik”

  • “Dünyanın hər yerinə sülh və rifah diləyirəm”

Numan Kurtulmuş 7,5 milyard insanın yaşadığı dünya ölkələri daxil olmaqla Türk Dünyasının bütün ölkələrinə də sülh, əmin-amanlıq arzuladı.

Mərasimdə çıxış edən Kastamonu Bələdiyyə Başçısı Tahsin Babaş isə Türk Millətinin düşmən təzyiqindən qurtuluşunu, yenidən doğuşunu və dirilişini işarələyən və əsrlərdir Türkün bayramı olaraq qeyd olunan Novruz atəşinin Türk Dünyasının Mədəniyyət Paytaxtı Kastamonuda yandırılmasına görə böyük qürur duyduğunu ifadə etdi. Bildirdi ki, Novruz insanın irfan və elm diyarına yenidən doğuşunu, cəhalətdən qurtuluşunu ifadə edir.

Onun sözlərinə görə, Novruzun kökləri 5 min il əvvələ gedib çıxır:

“Novruz Bayramı bütün Türk Dünyasını birləşdirən, ortaq duyğu və düşüncəni bir araya gətirən, sevinc və kədərimizi paylaşmamızı təmin edən milli bayramımızdır. Birliyimizi, qardaşlığımızı, müstəqilliyimizi qorumaq, tarixi Köklərimizə sahib çıxmaq, sağlam, bolluq və bərəkət içində yaşayan böyük bir millət olaraq varlığımızı əbədiyyətə qədər davam etdirmək adına bütün ortaq dəyərlərimizə sıx sarılmalıyıq”.

Kastamonulular olaraq, 2018-ci il Türk Dünyasının Mədəniyyət Paytaxtı seçilməklə son dərəcə şərəfli bir vəzifəni üzərilərinə aldıqlarının fərqində olduqlarını söyləyən Tahsin Babaş “Başda Novruz Bayramı olmaqla il ərzində edəcəyimiz hər cür fəaliyyətlə bu müqəddəs vəzifəni ən yaxşı şəkildə yerinə yetirmək üçün böyük səy sərf edəcəyik. Bu müddət ərzində hədəfimiz Kastamonumuzu dünyaya tanıtmaqdır. Böyük bir əzmkarlıqla çıxdığımız yolda hədəfə çatacağımızdan ən kiçik şübhəmiz belə yoxdur”-deyə, əlavə etdi.

T.Babaş sözlərinə belə davam etdi: “900 ildən çox Türk yurdu olan Kastamonumuzun dövləti üçün, vətəni üçün minlərlə övladını cəbhəyə göndərdiyini, qadınıyla, yaşlısıyla kağnılarda güllə daşıdığını; Atabəy Qazi, İsmayıl Bəy, Şeyx Şaban-i Vəli, Benli Sultan, Taşköprülüzadə, Yavuzun müəllimi halimi Çələbi, Əhməd Siyahi, Miralay Halit bəy, İhsan Ozanoğlu, Mehmet Feyzi Əfəndi kimi dəyərlər yetişdirdiyini, tarixinə və mədəniyyətinə hər zaman sahib çıxdığını bütün Türk dünyasına izah etmə fürsəti tapacağıq. Eyni zamanda, təbii gözəlliklərimizi tanıdacağıq, xalqımızın qonaqsevərliyini bir daha isbat edəcəyik”

Kastamonu valisi Yaşar Karadəniz də mərasimə qatılan bütün qonaqları salamladı və Kastamonunun 2018-ci il üzrə Türk dünyasının Mədəniyyət Paytaxtı seçilməsi ilə bağlı tədbirlərin təşkilində, şəhərin bütün dünyada tanıdılmasında əllərindən gələni edəcəklərini vurğuladı.

  • Dəmir vuruldu, yumurta döyüşdürüldü.

Çıxışlardan sonra TÜRKSOY-un Baş katibi Düsen Kaseinov səməni təqdimatı edərək Novruz duası oxudu. Daha sonra Mədəniyyət və Turizm naziri Numan Kurtulmuş yanında olduğu heyətlə birlikdə Novruz atəşini yandırdı və üzərindən atlandı. Sonra Novruz adətlərindən olan dəmir vuruldu və yumurta döyüşdürüldü.

Ardınca Alaslama (Ənənəvi Dua Mərasimi) edildi, sonra Azərbaycanın xalq artisti Azərin Novruz mövzulu türkü səsləndirdi. Türkü Meydanda yaşanan izdihamı daha da canlandırdı. Daha sonra bir-birinin ardınca Türk dünyası ölkələrinin xalq oyunları nümayiş etdirildi. Xalq Oyunları əsnasında Kosovodan bayrama qatılan xalq oyunları qrupunun səhnəyə üzərində türkcə yazılan və zeytun budağı şəkilləri olan “Səninləyik Türkiyə” şüarlı pankartı isə xüsusi coşquyla qarşılandı. Ölkələrin bədii nümayişlərindən sonra nazir N.Kurtulmuş Cümhuriyyət Meydanı ətrafında açılan hədiyyəlik əşya, milli yeməklər və əl sənətləri ustalarının açdığı stendləri gəzdi. Daha sonra nazir yanındakı heyətlə birlikdə Meydandan Qışla Parkana qədər kortej gedişi reallaşdırdı.

Beləcə, bütün Türk Dünyasının Novruz Bayramı Türkiyənin Kastamonu şəhərində böyük sevinc, coşqu və hərarətlə qarşılanmış oldu. Novruz qutlamaları və Kastamonu – Türk Dunyasının Mədəniyyət Paytaxtının açılış mərasimi həmin axşam Atatürk İdman Salonunda böyük konsert proqramı ilə davam etdirildi.

image description

image descriptionimage descriptionimage descriptionimage descriptionimage description

image descriptionimage descriptionimage description

 

 

 


Türkiyənin Kastamonu şəhərində 2018-ci il Türk Dünyasının Mədəniyyət Paytaxtı proqramına qatılan Baş nazir Binəli Yıldırım “şəhərlərimizə, gələcək nəsillərimizə sahib çıxacağıq. Şəhərlərimizi betonlaşmaya təslim etməyəcəyik” – dedi.

2018-ci il Türk Dünyasının Mədəniyyət Paytaxtı elan edilən Kastamonuda başlayan tədbirlərə Türk Dünyasından 18 fərqli ölkənin nümayəndələri də qatıldı. Kastamonu 2018 – Türk Dünyası Mədəniyyət Paytaxtının açılışı və TÜRKSOY Novruz proqramının premyerası Kastamonu Atatürk İdman Salonunda davam etdi.

Qala gecəsinin açılışını edən Kastamonu Bələdiyyə Başçısı Tahsin BabaşKastamonunun son 15 ildə sürətlə inkişaf etdiyini vurğuladı. O, şəhərin tarixinə diqqət çəkərək bunları dedi:

“2018-ci il Türk Dünyasının Mədəniyyət paytaxtı Kastamonunun açılış proqramının vilayətə, ölkəmizə və Türk dünyasına xeyir gətirməsini arzu edirəm. 1800 ili aşan mədəniyyəti, evləri, tarixi bazarı ilə muzey şəhər olan Kastamonu 2018-ci il Türk Dünyasının Mədəniyyət paytaxtı olaraq ən yaxşı şəkildə təqdim olunacaq. Bənzərsiz təbiəti, vadiləri, şəlalələri, endemik bitkiləri və yerli bitkiləriylə Kastamonu son 15 ildə böyük yatırımlar qazandı. Bu prosesdə elmimizin xəyalları gerçəkləşdi.”

Novruzun baharın müjdəçisi olduğunu ifadə edən TÜRKSOY-un baş katibi Düsen Kaseinov isə 2018-ci il Türk Dünyası Mədəniyyət paytaxtı olan Kastamonunun bu ünvanı sonuna qədər haqq etdiyinİ dedi. Kaseinov “Bu gün Türk xalqı ilə yaşayan qonşu xalqlar üçün böyük bir bayramdır. Bu mənalı gündə fəaliyyətimizi izzətləndirdiyiniz üçün sizə minnətdarlığımı bildirirəm. Biz həmişə gücünüzü və dəstəyinizi hiss edirik. Biz sizə güc və zəngin mədəniyyət dünyamızı təqdim edirik. Biz insan sivilizasiyasına dəyər qatmağa davam edirik. Mədəniyyət dünyamızın şərqdən qərbə qədər dəvət etdiyimiz sənətçilər və seçmə dəvətlilərimizlə Novruzun bütün rənglərini təqdim etməyə çalışacağıq. Beləliklə, Mədəniyyət paytaxtının açılışını Novruz bayramı ilə edəcəyik. Bayramın bu şəkildə təşkili üçün Mədəniyyət və Turizm Nazirliyinə təşəkkürümü bildirirəm. Afrində bölgəmizin və ölkəmizin təhlükəsizliyi üçün canlarını ortaya qoyan Türk Silahlı Qüvvələrinin qəhrəman əsgərlərinə təşəkkür edirəm” deyə, qeyd etdi.

Kastamonu valisi Yaşar Karadeniz də çıxış edərək bütün Türk dünyasının Novruz bayramını təbrik edti. Bildirdi ki, bu gün Türk dünyasının ürəyi Kastamonuda döyünür:

“Bu gün Afrində qəhrəman ordumuzun qələbəsi ilə birlikdə iki bayramı qeyd edəcəyik. Elmi yığıncaq, fəaliyyət, nəşr, tanıtım və bənzər sahələrdə ümumi 116 adda bir illik layihə təqvimi yaradılmışdır. Bu fəaliyyətlərdən bəziləri tətbiq olunacaq, qalan hissə isə proqramdan sonra icra ediləcəkdir.

“Afrindəki qəhrəmanlarımız əməliyyatı qısa bir müddətdə uğurla bitirməsəydi, bu gün Novruzu könül xoşluğu ilə qeyd edə bilməyəcəkdik”. Bu ifadələri isə Mədəniyyət və Turizm Naziri Numan Kurtulmuş dilə gətirdi:

“2018-ci ildə Mədəniyyət paytaxtı olan Kastamonuda sizlərlə birlikdə olacağıq. Kastamonu bu ünvanı haqq etmiş işin gərəyini yerinə gətirir, bütün Kastamonu xalqı bu rolunu mənimsəyərək ən gözəl şəkildə icra edir. Cənab Baş nazirimizin sıx bir iş cədvəli olmasına baxmayaraq, bu gün onun burada iştirak etməsi bizim üçün son dərəcə şərəflidir. Ankaradan gələn beynəlxalq ictimaiyyətin Türkiyədəki missiya nümayəndələrinə ayrılıqda təşəkkür edirəm. Bu gün gözəl bir hadisəni geridə qoyduq. Həm də Novruzu qeyd edirik. Bu gün Kastamonuda bu üç əhəmiyyətli dərsi almış olduq. Kastamonunu Türk dünyasının paytaxtı elan edərkən qarşıya çıxan xüsusiyyətlərdən ən əhəmiyyətlisi onun Anadolu coğrafiyasında qədim mədəniyyətimizi ən yaxşı şəkildə yaşatmış olması idi. Əgər Afrinədəki qəhrəmanlar çox qısa bir müddət içində Afrin hərəkatını bitirmiş olmasaydılar, bu gün biz burada Novruzu dinc və könül rahatlığı ilə qeyd etməyəcəkdik. Bu hərəkatı çox qısa müddət içərisində müvəffəqiyyətlə tamamlayan TSK-in bütün mənsublarına, komandirindən ən alt rütbədəki ərinə qədər hər kəsə minnətdarlığımızı ifadə edirəm. Həyatlarını heç bir tərəddüd etmədən fəda etməyi bacaran şəhidlərimizin mənəvi xatirələri qarşısında hörmətlə baş əyirik.

Daha sonra Türkiyənin Baş naziri Binəli Yıldırım səhnəyə dəvət edildi. Baş nazir nitqində bunları dedi:

“Bu gün Kastamonu çox önəmli bir hadisəyə ev sahibliyi edir. Kastamonu adına Türkiyə və Türk dünyası adına bu böyük həyəcanı birlikdə yaşayırıq. Mədəniyyət mirasımız olan Kastamonu möhtəşəm bir mərasimlə Türk dünyasının mədəniyyət paytaxtı olur. Şəhər yalnız bir qəsəbə deyil. Hər bir şəhər ruha sahibdir. Sivilizasiyalar şəhərlərin tarixini təmsil edir. Tarix yazmaq istəyən şəhərlər tarixçilər üçün çox şey təklif edir. Böyük sivilizasiyalar özlərini orijinal şəhərləri ilə dünyaya izah edirlər. Şəhərlər bir-birinin simvollarını və mədəniyyətlərini formalaşdırırlar. Türk və İslam dünyasının mədəniyyət mərkəzləri olan əhəmiyyətli şəhərləri var. İstanbul, Bursa, Konya, Kastamonu, Şanlıurfa, Daşkənd, Buxara, Səmərqənd, Kazan, Bağdad, Şam, Qahirə, Qüds, Mədinə kimi simvol şəhərlərimizə getdiyinizdə sizlərə dərin bir mədəniyyət anladılır. Məscidlər, mədrəsələr, xanlar, fəvvarələr, küçələr və evlər sizə tarix öyrədir. Bu yerlər yalnız ağlımızı deyil, həm də ruhlarımızı və ürəklərimizi çağırır. Şairlər bu şəhərlərdən ilhamlanırlar. Kastamonu da Şeyx Şaban-i Vəli həzrətlərinə bağlıdır. Şəhərlər bu yüksək şəxsiyyətlərdən mənəviyyatlanırlar. Şəhərlərin də düşmənləri var. Bunlardan bəzisi müharibələrdir. Bağdad, Şam, Qüds təəssüf ki, döyüşlərin dağıdıcı üzünü göstərən şəhərlərdir. Onların dəyərləri, xatırlamaları, tarixi, mədəniyyəti təəssüf ki, bu şhərlərdən çıxarıldı. Bu səbəbdən, şəhərlərimizə qayğı göstərəcəyik, onları betonlaşmaya təslim etməyəcəyik, gələcək nəsillərimizə sahib çıxacağıq”.

  • “Türk əl sənətinin ən yaxşı nümunələri Kastamonuda yaşayır”

B.Yıldırım “arxitekturası, tarixi əsərləri, toxuculuğu, yemək mədəniyyətiylə Kastamonunu daim yaşadırıq, yaşatacağıq”-deyə sözlərinə davam etdi. Bildirdi ki, bu gün eyni zamanda Anadolu mədəniyyətinə, şeirləri və mədəniyyətiylə böyük qatqılar vermiş xalq ozanımız Aşiq Veysəlin ölüm ildönümüdür. Bu münasibətlə ona rəhmət diləyirəm:

“ 21 Mart yalnız Kastamonunun Türk dünyasının mədəniyyət paytaxtı elan edildiyi gün deyil, 21 Martın bir çox xüsusiyyəti var. Bildiyiniz kimi, 21 Martdan etibarən Orta Asiyadan Avropaya mədəni coğrafiyamız üçün çox əhəmiyyətli bir gündür. Novruz bayramı yalnız bu coğrafiyada deyil, bütün Şimali Yarımkürəsində qeyd olunur. Şərqi Türkistandan Orta Asiyaya, Monqolustan Amerikaya qədər Novruz yeni bir oyanış ifadə edir. Bizlər üçün Novruz yalnız bir mövsüm dəyişikliyi deyil, bu torpaqlarda minlərlə ildir dirilişi, bərəkəti, birliyi, bərabərliyi, qardaşlığı təmsil edir. Çünki bizlər torpağa Ana torpaq deyə xitab edirik, torpaqdan yaratıldığımıza inanandığımıza görə torpağın dirilişini təbiətin dirilməsi olaraq görürük. Bu vəsilə ilə Novruzun bütün insanlığa sülh, dinclik və bərəkət gətirməsini də Cənab-ı Mevlamdan arzu edirəm. Bu gözəl bayrammünasibətilə sizləri ən səmimi duyğularımla təbrik edirəm”.

  • “Birlikdə tariximizi, ortaq dəyərlərimizi davam etdirəcəyik”

Türkiyənin Şərqdən Qərbə bütün şəhərlərinin fərqli mədəniyyətləri və fərqli mədəniyyət mirasları olduğuna diqqət çəkən Baş nazir Binəli Yıldırım, “Ölkəmizdə İstanbuldan Şanlıurfaya, Ədirnədən Qarsa qədər bütün şəhərlərimizdə fərqli mədəniyyətləri, fərqli mədəniyyət mirasları var” dedi. Vurğuladı ki, 2010-cu ildə İstanbul Avropanın Mədəniyyət Paytaxtı oldu. Əskişəhər 2013-ci ildə Türk dünyasının mədəniyyət paytaxtı oldu. 2016-cı ildə Konya, İslam dünyasının turizm paytaxtı oldu. Bu il qəhrəmanlıq, müstəqillik şəhəri Kastamonu Türk dünyasının mədəniyyət paytaxtı olaraq bu şəhərlər arasında layiqli yer tutdu. “İnanıram ki, önümüzdəki illərdə birlikdə tariximizi, ortaq dəyərlərimizi davam etdirəcəyik” deyə, fikrini tamamladı.

Baş nazir qeyd etdi ki, Kastamonu Türk tarixində çox əhəmiyyətli bir yerə sahibdir. Miladdan 400 il əvvələ çatmış tarixi var. Amma Kastamonu ən böyük qəhrəmanlığını İstiqlal mübarizəsində vermiş bir şəhərdir. İneboluda Kastamonu üzərindən istiqlal mübarizəsi edən qəhrəmanlarımızın bütün silah-sursatı bu ərazilərdən köçürülmüşdür:

“Aslanlarımız Afrində, yurd içində, yurd xaricində alçaq terror təşkilatlarına sinələrini sipər edərək millətimizi, ölkəmizi hər cür terror bəlasından qorumaq üçün amansız mübarizə aparırlar. Bu vəsilə ilə gərək 15 İyulda, istər istiqlal mübarizəmizə, istərsə də Fırat Kalkanında, Zeytin Dalı Hərəkatında ölkənin müstəqilliyi üçün, millətin dinclik və təhlükəsizliyi üçün canını sevə-sevə verən bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Məkanları cənnətdir. Qazilərimizin yaxşı bir həyatı olmasını diləyirəm. Bax, Kastamonu dəyincə, istiqlal mübarizəsinin şəhidlərini, bu mübarək torpaqları xatırlayırıq. Kastamonuya gəldiyimiz zaman hüzur tapırıq. Bu vəsilə ilə uzaqdan, yaxından gələn bütün qonaqlarımızın Kastamonuda dinclik tapacağına və onların Kastamonuda gözəl ev sahibliyiylə qarşılanacağından heç şübhəmiz yoxdur”.

Baş nazir son olaraq “Bu gün bu coşğunu, bu sevgini səfirlər, qonaqlar, millət vəkillərimiz, valilerimiz və bütün qonaqlarımızla birlikdə bələdiyyə başçılarımızla, nazirlərimizlə birlikdə paylaşarkən sizə prezidentimizin salamını da gətirdim. Bu coşğunu bizimlə bölüşən bütün dostlarımıza, xüsusən də TÜRRKSOY-a təşəkkür edirəm”-deyə, fikrini tamamladı.

Sonra Binəli Yıldırıma müxtəlif hədiyyələr verildi. Açılış Proqramı Türk ölkələrindən gələn komandaların möhtəşəm xalq oyunları və ifaları ilə davam etdi.

 

Elgün Mənsimovimage description

image description

image description
Kastamonu
AzNews.az