Türk mediası İradə İbrahimovadan yazdı

Irade

Müğənni İradə İbrahimovanın Türkiyənin “Promore Produksion” şirkəti ilə uzun müddətdir davam edən əməkdaşlığı bu günlərdə bəhrəsini verəcək.

XALQ.AZ-ın məlumatına görə, artıq bir sıra yeniliklərə imza atan sənətçi bu silsilədən ilk olaraq albom təqdim edəcək. Oktyabrda işıq üzü görməsi nəzərdə tutulan albom haqqında ifaçının Türkiyədəki mətbuat əlaqələndiricisi məlumat paylaşıb. Artıq radio dalğaları sənətçimizin “Olmamalıydı” adlı albomundan xəbərdardır.

Albomun ilk çıxış mahnısı olan “Olmamalıydı”nın söz və musiqi Şəhrazata, aranjemanı Ozan Çolakoğluna məxsusdur. Bir çox sürpriz adların müəllifi olduğu mahnılardan ibarət diskin musiqi direktoru İsra Gülümsərdir.

Xatırladaq ki, eyni adlı mahnıya bir müddət əvvəl Gülşən Aybaba klip çəkib. 16 saata tamamlanan ekran işi 40 nəfərdən ibarət heyətlə Kilyosta lentə alınıb. Yaxın günlərdə işıq üzü görəcək “Olmamalıydı” ilə İradə İbrahimova Türkiyədə iddialı bir başlanğıc etməyə hazırlaşır.