“Türk olmağın bizim üzərimizə qoyduğu əlavə öhdəliklər var” – Əli Həsənov

Dövlətimizin inkişafını, o cümlədən xarici ölkələrdəki diasporların qarşısına qoyulan vəzifələrin aktuallığını nəzərə alsaq, düşünürəm ki, bu qurultay tam vaxtında keçirilir. Qurultay növbədənkənar olsa belə, Avropa Azərbaycanlıları da keçən dövrə yekun vurmaq və qarşıda duran yeni vəzifələri müəyyən etmək anlamında bu gün üçün məqbul vaxt seçiblər.

XALQ.AZ xəbər verir ki, bu sözləri Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov fevralın 27-də Amsterdamda öz işinə başlayan Avropa Azərbaycanlıları Konqresinin (AAK) növbədənkənar qurultayındakı çıxışında deyib.

Rəsul