Türkiyə sənət “Sultan”ını itirdi

Türkiyənin sevilən ulduzu Türkan Şoray sənətdən getdiyini bəyan edib.
XALQ.AZ Türkiyə mətbuatına istinadə məlumat verir ki, məşhur aktrisa qərarını artıq diqqətini cəlb edəcək ssenarilərin olmaması ilə əsaslandırıb. Türkiyənin sənət Sultanı Türkan Şoray bildirib ki, məhz bu səbəb onun 58 illik film karyerasına son qoyması ilə nəticələnib və qərarını dəyişmək fikrində deyil.Qeyd edək ki, iyunun 28-də 73 yaşını qeyd edən aktrisa İstanbulda dünyaya gəlib. İlk çəkildiyi rol isə 1960-cı ildə ekranlara çıxan “Köyde bir kız sevdim” filmindəki Sabiha obrazı olub.1964-ci ildə  Antalya Altın Portakal Film Festivali’ndə “Acı Həyat” filmiylə ilk mükafatını alıb.  Məşhur aktrisa karyerası boyunca 222 filmə çəkilib və dəfələrlə müxtəlif film festivallarının qalibi olub.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir