Türkiyənin birlik nümayişi

turk pol

 

Dekabrın 18-də Türkiyənin böyük şəhərlərində, o cümlədən Şırnak, Antalya, Diyarbakır və Yüksekovada Kürd Fəhlə Partiyası (PKK) terrorçu təşkilatının ölkədə törətdiyi qanlı terror aktlarına etiraz olaraq yürüş-mitinqlər keçirilib.

XALQ.AZ xəbər verir ki, küçə və meydanlara çıxan milyonlarla dinc sakin terror əleyhinə şüarlar səsləndirib.

“Vətən sənə canım fəda”, “Rədd olsun PKK”, “Şəhidlər ölməz, Vətən bölünməz”, “Türk və kürd qardaşdır, PKK şərəfsiz” kimi şüarlarla saatlarla küçələrdə yürüş edən insanlar hökumətdən terrorçulara qarşı daha kəskin mübarizə aparmağı tələb ediblər.

Scroll to top