Türkiyə-Azərbaycan münasibətləri regionda təhlükəsizliyin qarantıdır”

 

75

Cənab İlham Əliyevin yenidən prezident seçilməsindən sonra ilk rəsmi səfərini Türkiyəyə etməsi çox sevindirici haldır. Bu ənənənin neçə illərdir qorunub saxlanması biz gəncləri də sevindirir”. Bu fikirləri SİA-ya açıqlamasında YAP Gənclər Birliyinin sədri Seymur Orucov bildirib.

İki dövlət arasında dostluq, qardaşlıq münasibətlərinin eyni zamanda strateji əməkdaşlığa çevrilməsindən da bəhs edən Seymur Orucov qeyd edib ki, Türkiyə ilə Azərbaycanın münasibətləri nə qədər yaxşı olarsa bu regionun da sabitliyinə öz tövhəsini vermiş olar: “Cənab Prezidentin səfəri çərçivəsində Türkiyənin hökümət rəhbərləri ilə görüşü, imzalanan sənədlər onu göstərir ki, hər iki dövlət münasibətlərin güclənməsində, əməkdaşlıqda maraqlıdır. Bütün sahələrdə olduğu kimi Dağlıq Qarabağ məsələsinin həllində də Türkiyənin yanımızda olmasından heç bir şübhəmiz yoxdur. Ümüd edirəm ki, Ölkə başçısının rəhbərliyi altında Dağlıq Qarabağ məsələsi tez bir zamanda öz həllini tapacaq. Çünki Türkiyə-Azərbaycan münasibətləri regionda təhlükəsizliyin qarantıdır”.