Turkiyə deputatları seçkiləri müşahidə edəçəklər

01

 

Türkiyə Böyük Millət Məclisinin nümayəndə heyəti oktyabrın 9-da keçiriləcək Azərbaycan Respublikası Prezidentinin seçkilərini müşahidə etmək üçün Bakıya yola düşmüşdür. Heyətə Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü Şuay Alpay rəhbərlik edir.
Azərbaycan vətəndaşlarının ən çox yaşadığı Türkiyənin İstanbul şəhəri və paytaxt Ankarada da məntəqə seçki komissiyaları yaradılmış, seçicilərin siyahısı hazırlanaraq Mərkəzi Seçki Komissiyasına göndərilmiş, bütün texniki hazırlıq işləri başa çatmışdır. Azərbaycanın İstanbul şəhərindəki baş konsulluğunda 16 saylı Yasamal II seçki dairəsi üzrə 43 saylı seçki məntəqəsi yaradılmışdır. Azərbaycan Respublikası Seçki Məcəlləsinin müvafiq olaraq 35.6-cı və 47.8-ci maddələrinə əsasən İstanbul və Ankara şəhərlərində konsul qeydiyyatına durmuş seçicilər xarici pasport əsasında seçki məntəqəsində səhər saat 08.00-dan axşam saat 19.00-dək səsvermədə iştirak edəcəklər.