Türkiyədə 6 namizəd prezident olmaq istəyir

XALQ.AZ xəbə verir ki, Türkiyədə keçiriləcək prezident seçkilərində iştirak edəcək namizədlərin adları təsdiqlənib.

Ali Seçki Komissiyasının məlumatına görə, Rəcəb Tayyib Ərdoğan, Doğu Perinçek, Meral Akşenər, Məhərrəm İncə, Səlahəddin Dəmirtaş və Teməl Karmollaoğlu prezidentlik uğrunda mübarizə aparmaq hüququ qazanıblar.

Qeyd edək ki, iyunun 24-də Türkiyədə növbədənkənar prezident və parlament seçkiləri keçiriləcək. Deputatlıq uğrunda mübarizə aparacaq şəxslərin qeydiyyatı isə davam etməkdədir.

 

 

Orxan