Xəbər verdiyimiz kimi, Türkiyədə bu gün referendum keçiriləcək.
XALQ.AZ-un məlumatına görə, Türk xalqı 51,37%-lə konstitusiya dəyişikliyinə “hə” deyib.
Oxucularımızın marağını nəzərə alaraq qardaş ölkədə “hə” deyilən dəyişiklikləri təqdim edirik
Qeyd edək ki, aprelin 16-da Türkiyə xalqı 200 illik bir idarəçilik sisteminin ləğvinə “Evet” deyib.
Yeni konstitusiyanın maddələri aşağıdakılardan ibarətdir və Türkiyədə bu dəyişikliklər baş tutacaq.
-
Türkiyə Böyük Millət Məclisinin (Parlamentin) deputatların sayı 550-dən 600-ə qaldırılacaq.
-
Deputat seçilmək yaşı 25-dən 18-ə endiriləcək
-
Parlament və prezident seçkiləri 5 ildən bir olacaq, seçkilər eyni gündə baş tutacaq.
-
Parlament nəzarət və məlumat əldə etmə səlahiyyətini “Parlament araşdırması”, “Ümumi toplantı”, ” Parlament istintaqı” və “Yazılı sual” yolu ilə istifadə edə biləcək.
-
Prezidentin partiyasıyla əlaqəsi kəsilməyəcək.
-
Prezidentin vəzifə müddəti 5 il olacaq, bir adam ən çoxu 2 dəfə prezident ola biləcək.
-
Prezidentliyə seçkilərdə etibarlı səslərin ən az 5%-ni alan partiyalar ilə ən azı 100 min seçici namizəd göstərə biləcək.
-
Seçkidə etibarlı səslərin tam əksəriyyətini alan namizəd prezident seçiləcək.
-
Prezident “dövlət başçısı” olacaq, icra mandatı ilə birlikdə baş komandanlığı təmsil edəcək
-
Prezident müavinlərini, yəni vitse-prezidentləri və nazirləri təyin edə, həmçinin vəzifələrinə xitam verə bilər.
-
Prezident konstitusiya dəyişikliklərinə dair qanunları lazım bildiyi təqdirdə referenduma təqdim edə biləcək.
-
Prezident icra nümayəndəsinə bağlı məsələlərdə prezident fərmanı verə biləcək
-
Qanunda açıq şəkildə tənzimlənən məsələlərdə prezident fərman verə bilməyəcək.
-
Parlamentin həmin məsələdə qanun qəbul etməsi vəziyyətində, prezident fərmanı qanunsuz sayılacaq.
-
Parlament prezident, vitse-prezidentlər və nazirləri haqqında istintaq açılmasını tələb edə biləcək.
-
Barəsində cinayət işi açılan prezident seçki qərarı verə bilməyəcək.
-
Prezident bir və ya birdən çox vitse-prezident təyin edə biləcək.
-
Vitse-prezidentlər və nazirlər deputat seçilmək iqtidarına malik olanlar arasından prezident tərəfindən təyin oluna və vəzifəsindən çıxarıla biləcək.
-
Deputatın vitse-prezident və ya nazir təyin olunması vəziyyətində parlamentə üzvlükləri başa çatacaq.
-
Parlament üzvlərinin ümumi sayının beşdə üç əksəriyyəti ilə seçkilərin yenilənməsinə qərar verə biləcək.
-
Prezident qanunda tənzimlənən uyğun şərtlərin reallaşması vəziyyətində “fövqəladə vəziyyət” elan edə biləcək.
-
İntizam məhkəmələri istisna olmaqla, hərbi məhkəmələr qurulmayacaq
-
Hakimlər və Prokurorlar Ali Qurumunun adı, Hakimlər və Prokurorlar Qurumu şəklində dəyişəcək.
-
Büdcəni prezident Parlamentə təqdim edəcək
-
Nazirlər Kabineti olmayacaq. İcra səlahiyyəti və vəzifəsi, prezident tərəfindən konstitusiyaya və qanunlara uyğun olaraq, istifadə ediləcək və yerinə yetiriləcək
-
Parlamentin növbəti seçkisi və prezident seçkiləri, 3 noyabr 2019-ci il tarixində birlikdə keçiriləcək.
-
Hərbi prokurorluq, hərbi ali məhkəmə və hərbi məhkəmələr yığışdırılacaq