Türkiyəyə ən çox “yan qaldırma” üçün gedirlər

qiz

“Estetik əməliyyat turizmində Türkiyə “yanları qaldırma mərkəzi” kimi tanınır”.

XALQ.AZ-ın məlumatına görə, bu, İngiltərədə aparılan bir elmi araşdırma nəticəsində məlum olub.

Araşdırmada qeyd olunur ki, son iki ildə bu əməliyyatı Türkiyədə keçirmək istəyənlərin sayında xeyli artım hiss olunur.

Diş estetik əməliyyatlarına görə isə Tailanda üz tutanların sayı daha çoxdur.

Araşdırma nəticəsində məlum olub ki, ingilislər estetik əməliyyatlar üçün ən çox bu ölkələrə üz tuturlar:

Diş – Tailand
Burun – Çexiya
Yan qaldırma – Türkiyə
Qarın nayihəsi estetikası – Belçika
Saç nəqli – Türkiyə
Sinə – Polşa
Mədə estetik əməliyyatı – İrlandiya