Türkmənistanda prezident seçkiləri yekunlaşdı

 

seckiler

Türkmənistanda keçirilən prezident seçkilərində səsvermə yekunlaşıb. XALQ.AZ Rusiya mətbuatına istinadən xəbər verir ki, səsvermə yerli vaxtla saat 07.00 başlayıb və saat 19.00-da başa çatıb.

Türkmənistan Mərkəzi Seçki Komissiyası qarşıdakı 7 gün ərzində səsvermənin nəticələrini açıqlayacaq. Seçkidə seçicilərin yarıdan çoxunun səsini toplayan namizəd prezident seçiləcək.
Qeyd edək ki, seçkilərdə seçici fəallığı 97.27  faiz olub. Türkmənistnada prezident postu uğrunda hazırki dövlət başçısı Qurbanqulu Berdıməhəmmədov daxil olmaqla 8 namizəd mübarizə aparır