Uçan vanna yaradıldı – FOTO

Almaniyada bir qrup entuziastdan ibarət “The Real Life Guys” qrupu “YouTube”da öz ixtirasını nümayiş etdirib.

İKT. XALQ.AZ-ın xəbərinə görə, qrup uçan vanna şəklində olan dron hazırlayıb. Videoda görünür ki, evdə yemək olmadığını görən gənc bayıra çıxaraq həyətdə park olunmuş “vanna”ya oturur. Distasion idarəetmə pultu vasitəsilə o, 4 mühərrikli dronu havaya qaldırır və ərzaq dükanının qarşısında yerə enir.

Qeyri-adi ixtira böyük marağa səbəb olub. Yanvarın 15-də “YouTube”a yerləşdirilmiş video təxminən yarım milyon dəfə izlənib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.