“Uğurların bünövrəsi əvvəlki illərdə atılan addımlarla qoyulub” Tahir Mirkişili

tahirr

 

2017-ci ilin birinci rübünün iqtisadi göstəriciləri xeyli nikbindir. Hətta bir çox istiqamətlər üzrə proqnozları belə üstələmişdir. Əslində bu uğurların bünövrəsi əvvəlki illərdə atılan addımlarla qoyulub». Bu fikirləri yap.org.az saytına Milli Məclisin deputatı Tahir Mirkişili deyib.

T.Mirkişili bildirib ki, 2016-cı ildə ölkə Prezidentinin iradəsi ilə keçirilən dərin iqtisadi islahatlar  öz nəticələrini 2017-ci ilin birinci rübündə də göstərməyə başlamışdır. Onun sözlərinə görə, makroiqtisadi sabitliyin təmin olunması, qeyri-neft sektorunu inkişafı, kənd təsərrüfatı məhsulları istehsalının genişləndrilməsi, ixracın artırılması, yeni iş yerlərini açılması – bütün bunlar ölkə Prezidentinin 2016-cı ilin sonunda elan etdiyi hədəflər idi.

«Qısa müddət keçməsinə baxmayaraq bütün bu hədəflər üzrə müsbət nəticələrin əldə edilməsi aparılan iqtisadi siyasətin effektivliyindən və nəticə yönümlülüyündən xəbər verir. Bu, həm də ölkədə yaradılmış əlverişli sahibkarlıq mühitinin öz bəhrələrini verdiyini göstərir. Bu nəticələr ölkə iqtisadiyyatının dayanıqlı və yeni iqtisdi artım mənbələri hesabına formalaşması fazasına daxil olduğunu göstərir. Keçən illərdə yeni iqtisadi artım mənbələrinin aktivləşdirilməsi və inkişaf etdirilməsi dayanıqlı inkişafın təmin olunmasında mühüm rol oynadı. 2017-ci il bütovlükdə iqtisadi artım ili kimi proqnozlaşdırılıb. Sevindirici haldır ki, ilin ilk rübündə əldə olunan nəticələr qarşıya qoyulan hədəflərə çatmaqda bütün potensialn mövcud olduğunu nümayiş etdirdi»- deyə, T.Mirkişili qeyd edib.