Ukrayna generalı həlak oldu

General

Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus Mİ-8 vertolyotu Slavyansk şəhəri yaxınlığında separatçılar tərəfindən vurulub.

XALQ.AZ-ın məlumatına görə, vertolyotda olan 14 hərbiçi həlak olub. Həlak olanlar arasında general Kulçitski də var.

“Terrorçular Rusiya silahından bizim vertolyotumuzu vurub. Vertolyotda olan 14 hərbiçimiz həlak olub. Həlak olan hərbçilər arasında hərbi general Kulçitski də olub”. – deyə parlament iclasında Ukraynanın Ali Radasının sədri Aleksandr Turçinov bildirib.

Qeyd edək ki, Mİ-8 vertolyotu Karaçunda yerləşən Ukrayna hərbçilərinə içməli su, qida və gülləkeçirməz jiletlər aparıb. Yükü boşaltdıqdan sonra istirahətə gedən döyüşçüləri götürüb. Uçuşdan bir neçə dəqiqə sonra vertolyot terrorçular tərəfindən vurulub. Mİ-8-in raket və ya qumbaraatandan vurulduğu hələ məlum deyil.

Xatırladaq ki, bu terrorçuların Slavyansk səmasında vurduğu Ukrayna hökümət qüvvələrinin üçüncü vertolyotudur.