Ukrayna təyyarəsi qəzaya uğradı: ölənlər var

Teyyare-1

Əlcəzairdə Ukrayna Hava Yollarına aid sərnişin təyyarəsi qəzaya uğrayıb.

XALQ.AZ-ın məlumatına görə, bu barədə Əl-Ərəbiyyə telekanalı xəbər yayıb.

Qəza nəticəsində ən azı 7 sərnişinin öldüyü bildirilir. Təyyarə havaya qalxandan 3 dəqiqə sonra naməlum səbəbdən qəzaya uğrayıb.

Hadisə yerinə xilasedicilər və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Təyyarədə olan digər sərnişinlərin və heyət üzvlərinin axtarışı həyata keçirilir.

Qeyd edək ki, ötən ay Əlcəzair Hava Yollarına məxsus sərnişin təyyarəsi qəzaya uğramışdı. Qəza nəticəsində 116 nəfər ölmüşdü.