Ukraynada azərbaycanlı nazir işdən çıxarılıb

Ukrayna Nazirlər Kabinetində Dövlət Maliyyə Xidmətinin rəisi Roman Nəsirovun tutduğu vəzifədən azad edilməsi haqqında qərar qəbul olunub.

Bu barədə XALQ.AZ   “İnterfaks-Ukrayna”ya istinadən məlumat yayıb.

Sözügedən qərarın hökumətin bugünkü iclasında qəbul olunduğu bildirilir.

“Biz dövlət komissiyasına Nəsirovun vəzifədən kənarlaşdırılması ilə bağlı təqdimat göndərmişik. Bu gün qərar qəbul olunacaq”, – deyə ölkənin baş naziri Vladimir Qroysman hökumət iclasında bildirib.