Ülvi Quliyev komitə üzvlərinə təqdim edildi

XALQ.AZ xəbər verir ki, Azərbaycan Milli Məclisinin Gənclər və idman komitəsinin yeni sədri Ülvi Quliyev komitə üzvlərinə təqdim edilib.

 

Milli Məclisdən  verilən məlumata görə, parlament Aparatının rəhbəri Səfa Mirzəyev xatırladıb ki, bir neçə həftə əvvəl Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Milli Məclisin Gənclər və idman komitəsinin sədri olan Fuad Muradov Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbəri təyin edilib.

S.Mirzəyev Fuad Muradova bu çətin və məsuliyyətli işdə uğurlar arzulayıb. O, Dövlət Komitəsi sədrinin bu sahəyə yeni bir nəfəs gətirəcəyinə və Azərbaycanda bu vacib istiqamətin günün tələbləri səviyyəsinə qaldırılacağına əminliyini ifadə edib.

Milli Məclisin ötən plenar iclasında Gənclər və idman komitəsinin sədr müavini Ülvi Quliyevin komitənin yeni sədri seçildiyini vurğulayan Aparat rəhbəri burada görülən işləri, hazırlanan qanun layihələrini, ölkədə gənclər və idman siyasətinin inkişafında komitənin rolunu yüksək qiymətləndirib.

Tədbirdə iştirak edən Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov ona göstərdiyi yüksək etimada görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib. O, bundan sonrakı fəaliyyətində də öz iş prinsiplərinə sadiq qalacağını, diaspor təşkilatlarımızın fəaliyyətinin səmərəliliyinin artırılması üçün əlindən gələni əsirgəməyəcəyini vurğulayıb.

Sonra Gənclər və idman komitəsinin sədri Ülvi Quliyev ona göstərilən etimada görə Milli Məclis rəhbərliyinə minnətdarlığını bildirib.

Tədbirdə iştirak edən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, deputatlardan Kamran Nəbizadə, Mahir Abbaszadə, Adil Əliyev, Azər Badamov, Sevinc Hüseynova, Eldəniz Səlimov, Elşad Həsənov keçmiş həmkarları Fuad Muradova gələcək işlərində uğurlar arzulayıblar.

Orxan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.